SimuMO Milli Observatoriya
ƏMƏK BAZARI VƏ SOSİAL MÜDAFİƏ SAHƏSİ ÜZRƏ RƏQƏMSAL LAYİHƏLƏR PLATFORMASI

Analitik Layihələr.

SimuMO Milli Observatoriyanın sosial-iqtisadi layihələri, simulyasiya alətləri, proqnoz modelləri və tədqiqat modullarını vahid rəqəmsal platformada təqdim edir.

Layihə 02

Geniş Məlumat Bazalı Minimum Əməkhaqqı Simulyasiyası

Layihəni aç
Layihə 03

Azərbaycan Əhali Proqnozu Layihəsi

Yaş və cinsiyyət qrupları üzrə cohort-komponent yanaşması, statistik proqnoz modelləri, maşın öyrənməsi və dərin öyrənmə metodları ilə Azərbaycan əhalisinin gələcək dinamikası qiymətləndiriləcək.

Hazırlanır
Departament strukturu

Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamenti

Departament iki əsas mərkəzdən ibarətdir: statistik-ekonometrik təhlillərin aparıldığı Təhlil və Tədqiqat Mərkəzi və sorğu dizaynı, metodoloji sual hazırlığı və monitorinq işlərinin qurulduğu Sorğu və Monitorinq Mərkəzi.

Analitik və ekonometrik istiqamət

Təhlil və Tədqiqat Mərkəzi

Bu mərkəz Excel məlumatlarının təmizlənməsi, statistik və ekonometrik testlərin aparılması, reqressiya, zaman sırası, panel data, proqnozlaşdırma və AI əsaslı hesabat modullarını bir platformada birləşdirir.

Sorğu dizaynı və metodoloji hazırlıq

Sorğu və Monitorinq Mərkəzi

Bu mərkəz sosial-iqtisadi mövzular üzrə metodoloji əsaslı sorğuların süni intellekt dəstəyi ilə hazırlanması üçün nəzərdə tutulur. Mövzu daxil edildikdən sonra demoqrafik blok, əsas suallar, cavab variantları və sual ardıcıllığı sistem tərəfindən formalaşdırılır.

Modul 01

AI ilə metodoloji sorğu hazırlanması

Mövzu daxil edildikdən sonra sistem demoqrafik blok, əsas suallar, ölçmə şkalaları, cavab variantları və məntiqi sual ardıcıllığını süni intellekt dəstəyi ilə formalaşdıracaq.

Hazırlanır
Layihə rəhbərliyi: Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və İdarə Heyəti sədrinin müavini Şaiq Kazımov
Platformanın hazırlanması: Böyük mütəxəssis Neman Eylasov